Okean (mifologiya)
Okean (yun. Ὠκεανός) — yunan mifologiyasında titan, çaylara, bulaqlara, dəniz cərəyanlarına başlanğıc, günəşə, aya və ulduzlara daldanacaq verən çaylar tanrısı, Uran və Geyanın oğlu, Tefidanın həm qardaşı həm də əri. Mifik Peqas onun sularından doğulmuşdur. Esxilə görə Qanadlı atın sahibi. Urana qarşı üsyanda və Titanomaxiyada iştirak etmədiyinə görə hakimiyyətini qoruyub saxlaya bilmişdir.. Apollodora görə o, Zevsin arvadı Metidanın atasıdır. Xoşməramlığı və mülayimliyi ilə seçilən Okean Prometey və Zevsi barışdırmağa cəhd göstərmişdir. Tənhalığına baxmayaraq tanrılar ona müdrik, xeyirhaq bir ata kimi hörmət edərmişlər. Okeanın qərb sahili həyatla ölüm, yerin altı və üstü arasında bir sərhəd təşkil edərmiş.
== İstinadlar ==
== Mənbə ==
Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5
Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.